Ermənistanın “böyük bacısı” nədən narahatdır?

"Oxuyuram ki,  Lüksemburqla Ermənistanın  xarici işlər nazirləri görüşərək Avropadakı proseslər və hətta beynəlxalq məsələlərlə bağlı öz fikirlərini bölüşüblər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinnə görə, təbii ki, Qarabağdan da danışmamış ötüşməyiblər: "Yəqin böyük dövlətlər məhz bu görüşü gözləyirlərmiş, Jan Asselbornla Ararat Mirzoyan nə qərara gəliblərsə, dünyadakı proseslər də ona uyğun gedəcək. Xatırladaq ki, Lüksemburq Fransada "kiçik bacı" adlandırılan Ermənistana böyük bacı kimi yanaşır və  Azərbaycan öz torpaq bütünlüyünü təmin edəndən sonra regiondakı vəziyyətlə bağlı tez-tez narahatlığını dilə gətirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31