Necə davranacağına Putin qərar verəcək-Lavrov
28 Yanvar 2022 14:38 DünyaOlaylar.az xarci KİV-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Lavrov ABŞ-ın təhlükəsizlik məsələlərində onlara cavabının müsbət olmadığını bildirib və "Moskva müharibə istəmir. ABŞ və NATO-nun cavabından sonra necə davranacağına Putin qərar verəcək" deyib.
Lavrov Rusiyanın təhlükəsizlik təklifləri ilə bağlı ABŞ-ın yazılı cavabı ilə bağlı açıqlamalar da verib.
Bu cavabın məzmunu ilə bağlı Lavrov "Sənəddə ikinci dərəcəli məsələlərlə bağlı ciddi məsləhətləşmələrin başlayacağına dair ümidverici cavablar var. Sənəddəki ən mühüm məsələ ilə bağlı müsbət cavab yoxdur"- deyə əlavə edib.Qərbin bu məsələdə "ağıllı" davrandığını bildirən Lavrov ABŞ-dan gələn cavabı təhlil etdiklərini bildirib.Bu cavabın ictimaiyyətlə paylaşılıb-paylaşmayacağı ilə bağlı Lavrov, "Düşünürəm ki, ictimaiyyət cavabın məzmununu tezliklə öyrənəcək. Amerikalı həmkarlarımız bizə bu cavabın məzmununun bütün müttəfiqləri və Ukrayna tərəfi ilə razılaşdırıldığını, cavabların tezliklə mediaya sızacağı şübhəsizdir"-deyə söyləyib.