Qırğızıstanda sərhəddəki münaqişə zonasından 24 mindən çox insan təxliyə edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Tacikistanla sərhəddəki silahlı münaqişə zonasından 24 mindən çox Qırğızıstan vətəndaşı təxliyə edilib.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Silahlı münaqişə zonasından təxliyə edilən vətəndaşlar müvəqqəti sığınacaqlara və ya qohumlarının yanına yerləşdirilir. Ümumi saya əsasən, 24 237 nəfər təxliyə edilib. Müvəqqəti sığınacaqlara köçürülənlər ərzaq və digər ilkin tələbat malları ilə təmin olunublar.

Daha əvvəl 1500 nəfərin təxliyə edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31