Tunis sahillərində miqrant gəmisi batıb: 6 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrikadan Aralıq dənizinə üzən miqrant qayığı Tunisin Zersiz şəhəri yaxınlığında batıb. Araşdırmalar nəticəsində 34 nəfər xilas edilib, 6 qeyri-qanuni miqrantın cəsədi tapılıb.

Bu barədə Tunis rəsmi xəbər agentliyindən verilən məlumatda bildirilir.

Açıqlamada xilasetmə işlərinin Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən aparıldığı, qeyri-qanuni miqrantların Afrika vətəndaşları olduğu qeyd edilib.


Tunis və Liviya kimi Afrikanın şimalındakı ölkələr, Aralıq dənizindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.

Hər il minlərlə miqrant daha yaxşı həyat ümidi ilə Afrikadan Aralıq dənizinə üz tutur. Miqrantların bəziləri Avropaya çata bilir, bəziləri isə dənizdə ölür.

Əlavə olaraq,  Zersiz sahillərində bir qayığın batması xəbərinin ardından axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31