ABŞ BMT TŞ-ni iclasa çağırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) Ukrayna və Rusiya arasındakı böhranı müzakirə etmək üçün iclasa çağırıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bəyan edib ki, onlar Rusiyanın Ukraynaya qarşı təhdidedici davranışı və Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi fonunda yanvarın 31-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.

Avropaya və qlobal sülh və təhlükəsizliyə təhlükə qarşısında gərginliyi diplomatiya yolu ilə azaltmağa çalışdıqlarını bildirən Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasının diplomatiya üçün çox vacib bir yer olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31