Qırğızıstanın sərhəd xidməti Tacikistanla sərhəddə vəziyyətin stabil olduğunu bildirib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Tacikistan sərhədində vəziyyət sabitləşib. 

Bu barədə yanvarın 28-də Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin   Sərhəd Xidməti məlumat yayıb.

"Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqənd, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnoy ərazilərində vəziyyət stabil olaraq səciyyələnir."

Qurumundan  bildirilib  ki,  yanvarın 27-dən 28-nə keçən gecə ara-sıra atışma olub. Qırğızıstan  Milli Təhlükəsizlik  üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti vəziyyətə nəzarət edir və monitorinq aparır.

Qırğızıstan Səhiyyə Nazirliyi isə  xəbər verir ki, Qırğızıstan və Tacikistan hərbçiləri arasında sərhəddə baş verən münaqişə zamanı 11 Qırğızıstan vətəndaşı yaralanıb, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 28-də Tacikistan-Qırğızıstan sərhədində iki ölkə nümayəndələri arasında münaqişə baş verib. Qırğızıstan tərəfi Tacikistan tərəfini silahlardan, o cümlədən minaatanlardan və qumbaraatanlardan istifadə etməkdə ittiham edib, həmçinin qonşu respublikadan sərhədə ağır texnikanın çəkildiyini bildirib. Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstan tərəfdən atışma, minaatan və pilotsuz təyyarələrdən istifadə, habelə mülki əhali arasında itkilər barədə məlumat verib. Yanvarın 28-də, gecə saatlarında,  tərəflərin nümayəndələri atəşkəs barədə razılığa gələ biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31