Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasında Ermənistanla əlaqələrin bərpasını müzakirə edib
27 Yanvar 2022 21:46 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Ermənistanla münasibətlərdə qarşıdakı müddətdə atılacaq addımlar müzakirə edilib.
Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlər və onların təkmilləşdirilməsinə verilən əhəmiyyət vurğulanıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31