Bu ölkədə GMO-lu məhsulların istehsalına icazə verildi - İnanılmaz
27 Yanvar 2022 15:13 DünyaDünyanın ən böyük əhalisinin qida ehtiyaclarını ödəmək, toxum və tərəvəz potensialını artırmaq üçün Çində geni dəyişdirilmiş məhsulların (GMO) istehsalına icazə verilib.
Olaylar.az xəbər verir ki, bunu Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi açıqlayıb.
Bildirilir ki, məhsul istehsal edən şirkətlər dərc edilmiş sınaq qaydalarına uyğun olaraq geni dəyişdirilmiş bitkilərin sınağını başa vurduqdan sonra istehsal sertifikatı üçün müraciət edə bilərlər.
Çinin biotexnologiya şirkəti "Origin Agritech"in prezidenti Han Gengcen bildirib ki, qərar bitkilərin daha səmərəli inkişafı üçün yaxşı fürsətdir və bitki yetişdirilməsi üçün yeni qapı açır: "Geni dəyişdirilmiş məhsullar üçün dərc edilmiş sınaq qaydaları ilə 1 və ya 2 il ərzində istehsal sertifikatı əldə edilə bilər".
teleqraf.com