Bəkarət testi və qızlıq pərdəsinin tikilməsi qadağan edilir: 5 il həbs cəzası veriləcək – Yeni QANUN LAYİHƏSİ
27 Yanvar 2022 13:18 DünyaBöyük Britaniya hökuməti qızlıq pərdəsinin tikilməsini qadağan etməyə hazırlaşır. Qanun layihəsi parlamentdə qəbul olunarsa, qızlıq pərdəsinin tikilməsi və bakirəlik testi cinayət hesab olunacaq.
Olaylar.az xəbər verir ki, qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması strategiyası çərçivəsində yay aylarından bəri yayımlanan hesabat və qiymətləndirmələrin tamamlanmasından sonra hökumət keçən il təqdim etdikləri qanun layihəsini daha da təkmilləşdirərək yeni qanun layihəsi hazırlayıb.
Qanun layihəsinə əsasən, qızlıq pərdəsinin tikilməsi və bakirəliyin yoxlanılması cinayət olaraq müəyyən edilir, cinayətə köməklik göstərən və ortaq olan, habelə cinayət törədən şəxslər üçün beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu növ işlər üçün qız və qadınların xaricə aparılması da cinayət sayılacaq.
Qeyd edək ki, Böyük Britaniya klinikalarında edilən qızlıq pərdəsi tikilməsinin qiyməti təxminən 3 min funt-sterlinqdir.
sfera.az