Omikron peyvəndinin sınaqları başlayır
26 Yanvar 2022 19:32 DünyaBioNTech/Pfizer konsonsiumu koronavirusun "omikron" ştammına qarşı peyvəndin kliniki sınaqlarına başlayıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə sınaqlar 18-55 yaşlı şəxslər arasında aparılacaq.
Tədqiqat zamanı həmçinin həm hazırkı Pfizer/BioNTech, həm də "omikron"a qarşı peyvəndin müxtəlif tətbiq sxemlərini müqayisə etmək üçün müxtəlif qruplar yaradılacaq.
Ümumilikdə sınaqlarda üç qrupa bölünməklə 1420 nəfər iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31