Putin və Makron arasında telefon danışığı bu tarixdə planlaşdırılıb
26 Yanvar 2022 15:12 DünyaOlaylar.az TASS-a isrtinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla yanvarın 28-də telefon danışığı etməyi planlaşdırır.
Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov yanvarın 26-da mediaya açıqlamasında bildirib.
" Fransa prezidenti ilə telefon danışığı yanvarın 28-də planlaşdırılıb", - Kremlin sözçüsü bildirib.
Yanvarın 25-də Makron yanvarın 28-i səhər saatlarından etibarən Putinlə telefon danışıqları aparmaq niyyətində olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31