Bu ölkədə məktəblilərin 6%-dən çoxu distant təhsil alır
26 Yanvar 2022 12:42 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya məktəblilərinin təxminən 6,13%-i COVID-19 və SARS karantini səbəbindən hazırda distant rejimdə təhsil alır.
Bu barədə yanvarın 26-da Rusiya Təhsil Nazirliyinin saytında dərc olunan infoqrafikaya əsasən məlumat verilib.
"Qapalı siniflərdə oxuyanların faizi (ümumi şagirdlərin sayından) 6,13 faiz təşkil edir", - məlumatda deyilir. Bir gün əvvəl bu göstərici 4,59% təşkil edib.
Bu gün rus məktəblərində 17 milyona yaxın insan təhsil alır.
Bu gün rus məktəblərində 17 milyona yaxın insan təhsil alır.
Qeyd olunur ki, bu gün Rusiya Federasiyasının 30 regionunda 111 məktəbdə (0,28%) koronavirusun yayılması ilə əlaqədar karantin rejimi saxlanılır.
Pandemiyanın başlanğıcından indiyədək dünyada təxminən 355,7 milyon insan koronavirusa yoluxub, 5,6 milyona yaxın insan dünyasını dəyişib. Rusiyada koronavirusla mübarizə üzrə federal operativ qərargahın məlumatına görə, 11 241 109 yoluxma halı qeydə alınıb, 10 071 740 nəfər sağalıb, 327 448 nəfər ölüb.