Özbəkistanda elektrik enerjisi bərpa edilib
26 Yanvar 2022 12:28 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 25-də böyük elektrik kəsilməsindən sonra Özbəkistanın bütün hava limanlarına elektrik enerjisi verilməsi tam bərpa edilib.
Bu barədə "Özbəkistan Hava Yolları" aviaşirkətinin yanvarın 26-da yaydığı məlumatda deyilir.
"Özbəkistanın bütün hava limanlarına elektrik enerjisinin verilişi bərpa edilib", - məlumatda bildirilib.
Şirkətin məlumatına görə, yanvarın 26-da səhər saatlarında Namanqan, Qarşi, Tirmiz, Buxara və Fərqanə hava limanlarına elektrik enerjisinin verilməsi bərpa edilib.
Xatırladaq ki, yanvarın 25-də səhər Qazaxıstanın cənubunda, demək olar ki, bütün Qırğızıstanda və Özbəkistanın şərqində kütləvi elektrik enerjisi kəsildiyi bildirilir ki, bu da hava limanlarında fəaliyyətin dayandırılmasına səbəb olub, Bişkek, Daşkənd və Almatı da daxil olmaqla bir çox şəhərlərdə dəmir yolu nəqliyyatı və kommunal xidmətlərə təsir göstərib. Özbəkistan və Qırğızıstanın energetika nazirlikləri qazın kəsilməsini Qazaxıstanın elektrik şəbəkəsində baş vermiş qəza ilə əlaqələndiriblər. Qazaxıstanın elektrik şəbəkəsi operatoru KEGOK öz növbəsində izah edib ki, Qırğızıstan və Özbəkistanda şəbəkə balansının pozulması səbəbindən tranzit elektrik xətti həddindən artıq yüklənib.