Həbsxanada qarşıdurma: 8 ölü, 7 yaralı

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Kolima şəhərindəki həbsxanada məhbuslar arasında qarşıdurma baş verib. Nəticədə 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Əyalət qubernatorluğundan verilən açıqlamada həyatını itirən məhbusların ailələrinə başsağlığı verilərək hadisələrlə bağlı araşdırmaya başlanıldığı paylaşılıb.

Həbsxanada vəziyyət nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31