İstanbul Hava Limanında vəziyyət normallaşır
26 Yanvar 2022 11:49 DünyaOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi İstanbul Hava Limanında saat 13.00-a qədər eniş və gedişlər daxil olmaqla cəmi 131 reysin planlaşdırıldığını açıqlayıb.
THY-nin baş direktoru Ekşi Twitter hesabından verdiyi açıqlamada İstanbul Hava Limanında uçuşların tədricən normala dönməyə başladığını bildirib.
Ekşi açıqlamasında bu ifadələrdən istifadə edib:
"131 reys saat 07:00-13:00 (eniş-gediş) arasında nəzərdə tutulub. Zəhmət olmasa, hava limanlarına çatmazdan əvvəl saytımızda uçuşunuzun statusunu yoxlayın"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31