İraq parlamenti sədrinin iqamətgahına raket atılıb, 2 nəfər yaralanıb

İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.

Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31