Yaşayış binasında qumbara partlayıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Primorsk əyalətinin Arsenyev şəhərində yaşayış binasında qumbara partlayıb. Nəticədə bir nəfər ölüb. 

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"İlkin məlumata görə, Arsenyev şəhərindəki yaşayış binalarından birində qumbaranın partlaması nəticəsində bir nəfər ölüb. Hazırda qurbanların olub-olmadığı dəqiqləşdirilir", - agentliyin məlumatında  bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31