İsrail Fələstinin Arakib kəndini 197-ci dəfədirki məhv edir
25 Yanvar 2022 15:22 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri ölkənin cənubundakı Nəcəf səhrasında Fələstinin Arakib kəndini növbəti dəfə dağıdıb.
İsrail qüvvələrinin ötən ay kənddəki evləri dağıddığını xatırladan Arakib Müdafiə Komitəsinin üzvü Əziz et-Turi 22 fələstinli ailənin yaşadığı Arakib kəndində dağılmış tikililəri bərpa edəcəklərini bildirib.
İsrailin ilk dəfə 2010-cu ilin iyulunda dağıtdığı Arakib kəndində 80-dən çox İsrail vətəndaşı və fələstinli yaşayır.
"Bu torpaq bizim babalarımızdan bizə miras qalıb"
Təl-Əviv administrasiyası kəndin "qanunsuz qurulduğunu və sökülməli olduğunu" iddia edir.
Kəndlilər isə bu torpaqların İsrail qurulmadan çox-çox əvvəl babalarından miras qaldığını vurğulayırlar.
Kəndlilər hər söküntüdən sonra evlərini yenidən tikirlər
Kəndlilər İsrail qüvvələrinin hər söküntüsündən sonra evlərini taxta və plastik materiallarla yenidən tikərək müqavimətlərini davam etdirirlər.
Nəcəf bölgəsindəki digər kəndlərdə olduğu kimi Arakibə də elektrik və su kimi məcburi xidmətlər göstərməyən İsrail bölgədə yaşayan fələstinlilərin torpaq mülkiyyətini tanımır.
Fələstin mənbələrinin məlumatına görə, Təl-Əviv rəhbərliyi 220 min fələstinlinin yaşadığı 12 milyon hektar Nəcəf səhrasının indiyədək 11 milyon hektarını dövlətin xeyrinə müsadirə edib.