Rusiya Aleksey Navalnını terrorçu elan edib
25 Yanvar 2022 15:20 DünyaRusiya müxalifətinin lideri Aleksey Navalnı və əqidədaşları "terrorçu, ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar, fiziki şəxslər siyahısı"na salınıb.
Olaylar.az xəbər verir ki, müvafiq qeyd Maliyyə Monitorinqi üzrə Federal Xidmətin reyestrində əlavə edilib. Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır. Qeyd edək ki, 45 yaşlı siyasətçi 1 ildən çoxdur həbsdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31