Google-a qarşı daha bir iddia: Məkanlarını gizlədən  istifadəçiləri   izlədi

Google ABŞ-da məkanı  izləməklə məxfiliyi pozduğuna görə məhkəməyə verilib. İş materiallarında yer məlumatlarını gizlədən istifadəçilərin təqibinin davam etdiyi, Google-un isə bu iddiaları rədd etdiyi bildirilir.

Məlumata görə, Google istifadəçilərin yerini sistematik şəkildə izləməklə məlumatları toplayır və saxlayır.

ABŞ-ın paytaxtı başda olmaqla Texas, İndiana və Vaşinqton ştatlarının baş prokurorları 3 illik araşdırma və əyalət məhkəmələrində iddialar açdıqdan sonra Google-a qarşı tədbir görüblər.

"Məkan izləmək üçün fırıldaqlardan istifadə edir"

İddia olunurdu ki, Google hesab parametrləri vasitəsilə təklif etdiyi məxfiliyin qorunması ilə bağlı istehlakçıları çaşdırıb.

Şirkətin istifadəçinin yerini izləmək üçün daim müxtəlif üsullara əl atdığı vurğulanıb.

Şirkətdən isə "İddialar əsassızdır" -deyə cavab verilib.

Texnologiya nəhəngi baş prokurorların irəli sürdüyü iddiaların əsassız olduğunu bildirib.

Bildirilib ki, istifadəçilərin məkan məlumatlarını qorumaq üçün məxfilik siyasətlərində bir çox dəyişikliklər edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31