Sezen Aksu: Bütün ermənilər mənim qohumlarımdır

Böyük sevgisi Onno Tuncu səhnədə yad edən Sezen Aksu, "10 il Onnonun gəlini olaraq yaşadım, bütün ermənilər mənim qohumumdur" - deyib
Olaylar.az xəbər verir ki, bu barədə azərbaycanlı yazıçı, dramaturq Aygün Həsənoğlu öz Facebook hesabında paylaşım edib.

Belə ki, türk musiqi sahəsinin məşhur sənətçisi Sezen Aksu "Zorlu Center PSM" səhnəsində pərəstişkarları ilə görüşüb. 
Sezen Aksu 1996-cı ildə təyyarə qəzasında dünyasını dəyişən böyük sevgisi Onno Tuncun xatirəsini də yad edib. Aksu, "Bilirsiniz, mən 10 il Onnonun gəlini kimi yaşadım. Ona görə də bütün ermənilər təbii olaraq mənim qohumumdur" - deyib. Onun bu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31