Burkina Faso prezidenti istefa verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Burkina Fasoda əsgərlər tərəfindən saxlanılan prezident Roch Kristian Kabore tutduğu vəzifədən istefa verib.

Burkina Faso prezidenti Roch Christian Kabore ölkədəki yeni xunta rəhbərliyinə ünvanladığı əlyazma məktubunda yanvarın 23-dən  bəri baş verən hadisələrdən sonra cəmiyyətin mənafeyi naminə bütün vəzifələrindən istefa verməyə qərar verdiyini yazıb.

Kaborenin məktubu sosial mediada bir çox hesablar tərəfindən paylaşılıb.

Yanvarın 23-də ölkədə başlayan hərbi fəaliyyətdən sonra özünü "Azadlıq və Bərpa Uğrunda Vətənpərvər Hərəkat" (MPSR) adlandıran xunta rəhbərliyi ələ keçirdiyini açıqlayıb.

Xunta bəyanatında konstitusiyanın dayandırıldığı, hökumət və parlamentin buraxıldığı, hava və quru sərhədlərinin gecə yarısından etibarən ikinci əmrə qədər bağlanacağı, saat 21.00-dan 05.00-a qədər ikinci əmrə qədər komendant saatı elan edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31