Tokayev Nazarbayevin daha bir qohumunu işdən azad etdi

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev vəzifəsindən azad edilib. Olaylar.az  xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Nurlan Abdirov MSK sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyev B.İmaşevin qızı ilə evlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31