Yaya qədər hər şey bitməlidir - Məşhur professor
24 Yanvar 2022 23:31 Dünya"Omikron"un yaranması koronavirusun sonunun gəldiyinin əlamətidir".
Olaylar.az xəbər verir ki, bunu Moskvanın epidemioloqu, professor Vladimir Nikiforov bildirib.
"Hesab edirəm ki, pandemiya yaya qədər bitməlidir", - deyə Nikiforov vurğulayıb.
O qeyd edib ki, əhalinin bir hissəsi bunu hiss etmədən, asimptomatik olaraq "Omikron"a yoluxacaq.
Nikiforov izah etdi ki, yoluxma sayında artıq kifayət qədər böyük artım olsa da, xəstəxanalar dolu deyil, bu o deməkdir ki, "Omikron" "Delta" ştammı qədər ağır deyil.
medicina.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31