Serbiyada fabrikdə partlayış olub, 2 nəfər ölüb
24 Yanvar 2022 16:48 DünyaSerbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.
Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumata verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.
Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31