İstanbul hava limanında uçuşlar dayandırılıb
24 Yanvar 2022 16:00 DünyaOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Güclü qar səbəbindən İstanbul Hava Limanında bütün uçuşlar 1 saatlıq dayandırılıb.
İstanbulda yağan güclü qar fasilələrlə davam edir.
Zaman zaman nəqliyyatda ləngimələrin yaşandığı İstanbulda bəzi reyslər ləğv edilib. Sabiha Gökçen və İstanbul hava limanlarında bəzi reyslər gecikir.
İstanbul Hava Limanında uçuş-enmə zolağında aparılacaq təmizlik işləri ilə əlaqədar bütün uçuşlar 1 saat müddətinə dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31