"Dünya ölkələri üzrə peyvənd olunanların sayı azdır"
24 Yanvar 2022 15:03 Dünya"Koronavirusa qarşı peyvənd olunanların payı 86 ölkədə 40 faizdən, 34 ölkədə isə 10 faizdən azdır".
Olaylar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransında bildirib.
Təşkilat rəhbəri 2022-ci ilin ortalarınadək bütün ölkələrdə 70 faizlik peyvəndləmə hədəfinin hələ də uzaq ehtimal olduğunu diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31