NATO Şərqi Avropaya əlavə qüvvələr göndərir
24 Yanvar 2022 14:28 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Şərqi Avropaya əlavə qüvvələr göndərir.
Bu barədə NATO- nun yanvarın 24-də Brüsseldə yaydığı bəyanatda deyilir .
"NATO müttəfiqləri qüvvələri xəbərdar edir və Şərqi Avropada yerləşdirmək üçün əlavə gəmilər və döyüş təyyarələri göndərir, Rusiya Ukrayna və onun ətrafında hərbi gücünü artırmağa davam etdiyi bir vaxtda müttəfiqlərin qarşısının alınması və müdafiəsini gücləndirir", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31