Gürcüstanda 4 nazir koronavirusa yoluxub

Gürcüstan hökumətinin 4 üzvünün koronavirusa yoluxduğu təsdiqlənib.Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Birinci kanalı məlumat yayıb.
Bildirilib ki, müdafiə nazri Cuanşer Burçuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze COVID-19-a yoluxub. Bu səbəbdən onlar hökumətin bugünkü iclasında iştirak etməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31