Latın Amerikası ölkələrində ölənlərin sayı artır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Latın Amerikası ölkələrində COVID-19 hadisələri və virusa bağlı ölümlər artmaqda davam edir. Son 24 saat ərzində Braziliyada 296, Meksikada 98, Kolumbiyada 217, Argentinada 65, Peruda 111, Çilidə 15, Boliviyada 22 nəfər ölüb.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 296 nəfərin ölümü ilə virusdan ölənlərin sayı 623 min 97-yə, ölkədə ümumi yoluxma sayı isə 135 min 80 nəfərə yüksəlib. hadisələr 24 milyon 44 min 255-ə yüksəlib.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 98 nəfər ölüb, 20 872 yeni yoluxma aşkarlanıb.

Epidemiyada ölənlərin ümumi sayı 303 min 183, yoluxma sayı 4 milyon 667 min 829, sağalanların sayı 3 milyon 704 min 448 nəfər olaraq qeyd edilib.

COVID-19 məlumatlarının toplandığı "Worldometers" saytına görə, 126 milyondan çox əhalisi olan Meksika "dünyada ən çox yoluxma halına gələn 14-cü ölkə" mövqeyindədir.

Kolumbiya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son 24 saatda epidemiyada 217 nəfər ölüb, ölənlərin sayı isə 132 min 240-a yüksəlib.

Son 24 saatda 26 min 87 nəfərin testinin müsbət çıxdığı ölkədə ümumi yoluxma sayı 5 milyon 740 min 179-a, sağalanların sayı isə 5 milyon 441 min 21-ə yüksəlib.

Əhalisi 50 milyona yaxınlaşan Kolumbiya "dünyada ən çox yoluxma halına gələn 13-cü ölkə" mövqeyindədir.

Argentina Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19-dan ölənlərin ümumi sayı son 24 saatda 65 ölümlə 119 min 168-ə, yoluxma sayı isə 7 milyon 862 min 536-ya yüksəlib. 69 min 884 nəfərdə virus aşkarlanıb.

Təxminən 45 milyon əhalisi olan Argentinada sağalanların sayı 6 milyon 863 min 102-yə çatıb.

Argentina dünyada yoluxma sayına görə 11-ci ölkədir.



Peru Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda 111 nəfər ölüb, 25 331 yeni yoluxma  hadisəsi qeydə alınıb.

Xəstəliklərə yoluxanların sayı 2 milyon 946 min 151-ə, ölənlərin sayı 204 min 323-ə, sağalanların sayı isə 2 milyon 924 min 142-yə yüksəlib.

Çili Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saatda COVID-19-dan ölənlərin sayı 15 nəfər olmaqla 39 min 512-yə yüksəlib.

Xəstəliklərə yoluxanların sayı 13 min 674 artaraq 1 milyon 965 min 393, sağalanların sayı isə 1 milyon 860 min 971 nəfər olub.

Boliviya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 22 nəfər ölüb, epidemiyada 3 min 381 yeni yoluxma aşkarlanıb.

Xəstəliyə yoluxanların sayı 813 min 609, dünyasını dəyişənlərin sayı 20 min 630, sağlamlığına qovuşanların sayı isə 647 min 767 nəfər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31