Ermənistan prezidentinin istefa məktubunu geri götürmək şansı var?

Ermənistan prezidenti Armen Sarkisyanın bir həftə ərzində istefasını geri götürmək imkanı var. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının (parlament) sədri Alen Simonyan məlumat verib.
O izah edib ki, parlamentin reqlamentinə uyğun olaraq, istefa elan edildikdən sonra bir həftə ərzində məmur yazılı şəkildə ərizəsini geri götürərsə, MŞ sədri bu barədə açıqlama verir.
Əks halda hazırkı prezidentin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı protokol tərtib edilir.
"Protokol dərc olunduğu andan istefa qəbul edilmiş sayılır", - Simonyan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31