Tonqada vulkan və sunami nəticəsində 6 nəfər həlak olub
24 Yanvar 2022 10:56 DünyaTonqa Krallığında vulkan püskürməsi və onun yaratdığı sunami nəticəsində 6 nəfər həlak olub.Olaylar.az xəbər verir ki, bu barədə Çinin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.Sakit okeanda Tonqanın paytaxtı Nukualofadan 65 km şimalda yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanı yanvarın 15-də kül, buxar və qaz püskürməyə başlayıb.Püskürmə başlayandan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiyada sunami xəbərdarlığı edilib. Sunami demək olar ki, bütün Tonqa adalarına ziyan vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31