Almaniyada İslam Mədəniyyəti Mərkəzində atışma
24 Yanvar 2022 10:41 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Halle şəhərində məscidə daxil olduğu İslam Mədəniyyəti Mərkəzi Dərnəyinə 3 atəş açılıb.
Halle Polis İdarəsindən verilən açıqlamada İslam Mədəniyyəti Mərkəzinin yaxınlığında iki nəfərin atəş səsi eşitdiyi və 3 güllənin binanın örtüyünə dəydiyi bildirilib.Qarşıdakı mənzildən atəş açıldığı barədə məlumat alan polislər mənzillərdən birində 2 silahı şəxsi nəzarət altına alıblar. Hadisə ilə bağlı istintaqın davam etdirilir."Müsəlmanlara qarşı nifrət sözdə qalmır." Almaniya Müsəlmanları Mərkəzi Şurasının sosial media hesabında paylaşılan yazıda Halledəki məsciddəki dindarların növbəti dəfə hücum hədəfinə çevrildiyi bildirilib. "Allaha şükür bu dəfə heç kim xəsarət almadı. Müsəlman düşmənçiliyi və irqçilik sözdə qalmır" paylaşımından sonra şübhəlini yaxalayan Halle polisinə təşəkkür edildi.