Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Olaylar.az bildirir ki, bu barədə yerli "Etilaat Roz" qəzeti mənbələrə istinadən bildirib.

İlkin məlumata görə, Heratın Hacı Abbas məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

"Taliban" hərəkatının regional nümayəndələri partlayışı təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31