Vladimir Putin və Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Olaylar.az xəbər verir ki, bu barədə Kreml məlumat verib. 

Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Bəyanatda bildirilir ki, Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini, Dağlıq Qarabağdakı vəziyyəti, ATƏT qrupunun həmsədrləri vasitəsilə işin davam etdirilməsinin məqsədəuyğunluğunu müzakirə ediblər. 

Qeyd edilib ki, həmçinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına dair sazişlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31