Hindistanda yaşayış binasında yanğın baş verib, ölənlər var

Hindistanın Mumbay şəhərində yaşayış binasındakı yanğın nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mumbayın meri Kişori Pednekar məlumat verib.

Bildirilib ki, hadisə Mumbayın Qovaliya-Tank rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib. Yanğın baş verən əraziyə xilasedicilər, 13 yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31