ÜST: Dünyada COVID-19-a yoluxanların sayı 340 milyonu ötüb
22 Yanvar 2022 12:15 DünyaDünyada koronavirusa yoluxanların ümumi sayı 340 milyonu, ölənlərin sayı isə 5,57 milyonu keçib.
Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
Son sutkada dünyada 340 543 962 yeni koronavirusa yoluxma hadisəsi və 5 570 163 ölüm halı qeydə alınıb. Son sutka ərzində təsdiqlənmiş halların sayı 3 472 227 nəfər, ölənlərin sayı isə 9 184 nəfər artıb.
Koronavirusa ən çox yoluxma halı ABŞ-da, ardınca Hindistan, Braziliya, Böyük Britaniya və Fransada qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31