Xəzər dənizində 5 baladək zəlzələ oldu
21 Yanvar 2022 22:00 DünyaDağıstanda 4,9 bal gücündə zəlzələ baş verib.
Olaylar.az TASS-a isitnadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, yeraltı təkanları Kaspiysk şəhərinin sakinləri hiss ediblər.
"Rusiya Elmlər Akademiyasının seysmik stansiyasına Xəzər dənizində 4,9 bal gücündə 10-cu dərəcəli seysmik hadisənin baş verdiyi barədə məlumat daxil olub. Yeraltı təkanları Kaspiysk sakinləri hiss ediblər", - məlumatda deyilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31