Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
21 Yanvar 2022 18:40 DünyaTürkiyə Silahlı Qüvvələri ötən gün Suriyanın Afrin şəhərində törədilmiş terror aktından sonra keçirdiyi antiterror əməliyyatı nəticəsində 18 PKK terrorçusunu zərərsizləşdirib.
Olaylar.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Qeyd edək ki, Afrində baş vermiş hücum zamanı 5 dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb.
H.Akar Türkiyə ordusunun Suriya və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirdiyini bildirib.
"2015-ci ilin iyulundan Silahlı Qüvvələrin terrora qarşı apardığı mübarizə nəticəsində 33 149 terrorçu zərərsizləşdirilib. Ötən il isə 2 939 terrorçu məhv edilib", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31