Rusiyada COVID-19-dan ölənlərin sayı artdı

Koronavirusdan ölənlərin sayı 692 artaraq 324,752-yə çatıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı sutka ərzində 49 513 nəfər artaraq 10 987 774 nəfərə çatıb.

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Yoluxmaların nisbi artım tempi  0,45% təşkil edib.

Xüsusilə də,  Moskvada sutkada 15 987, Sankt-Peterburqda 5 922, Moskva vilayətində 4 424, Nijni Novqorod vilayətində 1 116 xəstə aşkarlanıb.

Gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 9136 nəfər olub ki, bu da əvvəlki günlə müqayisədə 0,34% azdır. Qərargahın məlumatına görə, eyni zamanda, 40 rayonda xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31