Dəhşətli partlayış: 17 nəfər ölüb, 59 nəfər yaralandı
21 Yanvar 2022 14:27 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Afrika ölkələrindən biri olan Qanada baş verən yol qəzası nəticəsində yük maşınındakı partlayıcı qurğu partlayıb. Hadisə nəticəsində 17 nəfər ölüb, 59 nəfər yaralanıb.
Partlayıcı maddə olan avtomobilin motosikletlə toqquşması ərazini döyüş meydanına çevirib.
Bu barədə Qananın informasiya naziri Kojo Opponq Nkrumah məlumat verib.
Açıqlamaya görə, ölkənin qərbindəki Boqoso şəhəri yaxınlığındakı qəsəbədə partlayıcı maddə daşıyan yük maşını və motosiklet minaya çırpılıb. Toqquşmanın təsirindən yük maşınında olan partlayıcı işə düşüb. Ətrafdakı evlər və mağazalar dağılıb.
Qana Prezidenti Nana Akufo-Addo sosial media hesabında baş verən uğursuz və faciəli hadisəyə görə təəssüfləndiyini bildirib.