ABŞ Konqresi Ukraynaya silah tədarükü ilə bağlı qanun layihəsi təqdim edib

ABŞ-da Demokratlar və Respublikaçılar partiyalarından olan senatorlar Ukraynaya Lend-Lease əsasında silah tədarükü haqqında qanun layihəsini Konqresə təqdim ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə təklifin müəlliflərindən biri Con Kornin öz Twitter hesabından məlumat verib.
Təşəbbüsə əsasən, ABŞ prezidenti Ukrayna hökuməti ilə lizinqmüqaviləsi bağlaya və həssas mülki əhalini Rusiyanın hərbi işğalından qorumaq üçün zəruri olan hərbi texnika ilə təmin edə biləcək.
"Qanun bizə bir daha demokratiyanın arsenalı rolunu oynamağa və Rusiyanın suverenliyinə qarşı təhlükə üçün Ukraynanı öldürücü silahlarla təmin etməyə imkan verəcək", - senator bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, ölkə hazırda beynəlxalq tərəfdaşlardan görünməmiş həcmdə hərbi yardım alır .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31