Gürcüstanda “Omikron”a yoluxma halları 1 400-ü ötüb

Hazırkı dövrədək Gürcüstanda koronavirusun "Omikron" ştamına 1 419 yoluxma faktı qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə hazırda COVID-19-a yoluxma hallarının 70 %-i "Omikron"un payına düşür. Tbilisidə isə bu göstərisi 80 % təşkil edir.
Yanvarın sonu - fevralın əvvəlində Gürcüstanda yeni ştama yoluxma hallarının pik həddə çatacağı gözlənilir.
Qeyd edək ki, qonşu ölkədə "Omikron"a ilk yoluxma halı ötən ilin dekabrın 20-də təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31