Evinin qarşısında hücum etdiyi qadına bıçaqla xəsarət yetirdi

Olaylar.az TRT HABER-ə  istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda yaşayan Zeynep Özcan evinə girərkən tanımadığı Yunus T. tərəfindən bıçaqla hücuma məruz qalıb. Bədəninin müxtəlif yerlərindən yaralanan Özcan hücumçunun "məni Allah göndərdi, səni öldürməliyəm" dediyini bildirib.

Yanacaqdoldurma məntəqəsində nasosçu işləyən və dünən məzuniyyətə çıxan Zeynep Özcan evinə gedərkən ərazidə dolaşan Yunus T. ilə qarşılaşıb.

Ayaq və qollarında yara olan Yunus T. Zeynep Özcandan kömək istəyib. Yunus T.-nin vəziyyətindən şübhələnən Özcan taksi çağırmağa kömək edə bilməyəcəyini deyərək evinə daxil olub.

Evin pəncərəsindəki ağcaqanad torunu bıçaqla kəsən Yunus T. əlini içəri salaraq "mənə kömək etməlisən, yoxsa pis olar" deyib.

Qapını açaraq təcavüzkarı çıxarmağa çalışan Özcana Yunus T. bıçaqla hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31