Bu ölkədə 5-11 yaş arası uşaqların COVID-19 peyvəndi edilməsi təsdiqləndi
21 Yanvar 2022 11:49 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada COVID-19-a qarşı Pfizer peyvəndi 5-11 yaşlı uşaqlar üçün təsdiqlənib.
Yaponiya Səhiyyə Nazirliyi peyvəndin 5-11 yaşlı uşaqlara vurulmasına icazə verib. Sözügedən peyvənd hazırda 12 və daha yuxarı yaşda olanlara tətbiq olunurdu.
Kyodo agentliyi 2022-ci ilin mart ayından etibarən bu yaş aralığına tətbiq edilməyə başlanacaq peyvəndin ilk mərhələdə 8 milyon uşağı əhatə edəcəyini bildirib.
Pfizer 2021-ci ilin noyabrında Yaponiyada 5-11 yaşlı uşaqlar üçün peyvənd icazəsi üçün müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31