Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
20 Yanvar 2022 22:07 DünyaÖzbəkistanda 5 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verildi.
Olaylar.az bildirir ki, bunu ölkənin Sanitar-Epidemioloji Rifah və İctimai Səhiyyə Xidmətinin rəisinin müavini Nurmat Atabekov deyib.
"Koronavirus infeksiyasının yeni ştammının ölkədə yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq və milli ekspertlərin tövsiyələri nəzərə alınmaqla, 5-11 yaşlı uşaqların COVID-19-a qarşı könüllü peyvənd edilməsinə başlanılıb", - deyə N.Atabekov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31