Türkiyə səfirliyindən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - Fotolar
20 Yanvar 2022 20:48 DünyaTürkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 32-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət edib.
Olaylar.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.
"20 Yanvar Ümumxalq Hüzn Günü münasibəti ilə səfirlik əməkdaşlarımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər qoyublar", - paylaşımda qeyd edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31