Azərbaycan və Şimali Kiprdə Dünya Motokros çempionatı keçiriləcək
20 Yanvar 2022 18:58 Dünya2022-ci il ərzində həm Azərbaycanda, həm də Şimali Kipr Türk Respublikasında Dünya Motokros çempionatının keçirilməsi nəzərdə tutulub. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Motosiklet Federasiyasının başçısı Bekir Yunus Uçar verib. O bildirib ki, belə bir yarışların keçirilməsinə Dünya Motosiklet Federasiyası da dəstək verib.
Bekir Yunus Açar onu da qeyd edib ki, il ərzində rəhbərlik etdiyi federasiya bu tipli 5 çempionat keçirməyi hədəfləyib: "Türkiyə Cumhurbaşqanlığının himayəsi altında Afyonkaragisarda Dünya Motosiklet çempionatı keçiriləcək. Bundan başqa 2021-ci ilə İtaliyada təxirə salınan daha bir Dünya Motosiklet çempionatını da Türkiyədə keçirməyi hədəfləmişik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31