Meksikanın şərqində neft boru kəmərində partlayış baş verib

Meksikanın şərqindəki Tabasko ştatında neft boru kəmərində partlayış baş verib və nəticədə yanğına çevrilib. 

Olaylar.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsi məlumat yayıb.

Qeyd olunur ki, alov hadisə yerinə yaxın yerləşən evlərin sakinləri üçün təhlükə yaratmır.

"Yanğın qurbanları barədə məlumat verilməyib, qonşu rayonların əhalisi üçün təhlükə yoxdur", - deyə idarənin "Twitter" səhifəsində bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31