Tokayev Darın Tuyakovu Qazaxıstan müdafiə nazirinin müavini vəzifəsindən azad edib
20 Yanvar 2022 11:27 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 20-də Darın Tuyakovu respublika müdafiə nazirinin müavini vəzifəsindən azad edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısının sərəncamı ilə Tuyakov Darın Şılbınoviç Qazaxıstan Respublikası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib", - xəbərdə deyilir.
Tuyakov 2020-ci ilin oktyabr ayından idarə rəisinin müavini vəzifəsində çalışıb.
Tokayev yanvarın 19-da müdafiə naziri Murat Bektanovu vəzifəsindən azad edib və bu vəzifəyə Ruslan Jaksylykovu təyin edib. Prezidentin qeyd etdiyi kimi, Müdafiə Nazirliyinin sabiq rəisi ölkədə iğtişaşlar başlayanda komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31